HAKİMİYYƏT NÜMAYƏNDƏSİ

dövlət hakimiyyəti, yaxud dövlət idarəçiliyi orqanlarının funksiyalarını həyata keçirən müvafiq səlahiyyətli, vəzifəli şəxs; özünün bilavasitə xidməti tabeliyində olmayan şəxslər (idarə, müəssisə və təşkilatlar) barəsində də, hökmən icra olunmalı, göstərişlər vermək hüququna, müəyyən hallarda, hətta məcburiyyət tədbirləri tətbiq etmək hüququna malik olan yuxarı və ya aşağı (misal üçün, hətta sıravi polis əməkdaşı, sıravi müfəttiş və s.) dərəcəli, ranqlı - dövlət məmuru. H.N.-nə müəyyən səlahiyyətlərlə yanaşı, onların üzərinə əlavə məsuliyyət də qoyulur. H.N. həm özü, həm də digərlərini qanun-lar çərçivəsmində hərəkət etməyə və qaydalara riayət etməyə cəlb etməlidir. Qanun-qaydaları pozan H.N. digər (sıravi) vətəndaşlarla müqayisədə daha ağır cəzalandırılır; eyni zamanda H.N.-nə tabe olmama, ona mane olma, ona müqavimət göstərmə - müəyyən hüquqi məsuliyyətə səbəb olur. H.N.-nin qeyri-qanuni hərəkətləri (cinayət və xataları) naşılığı, səhvi və yanlışlığı hakimiyyəti və dövləti nüfuzdan salır.
HAKİMİYYƏT BÖLGÜSÜ
HAKİMİYYƏT RESURSLARI
OBASTAN VİKİ
Hakimiyyət
Hakimiyyət — hər hansı üsulla (iradə, nüfuz, hüquq, zorakılıq, dövlət qurumları sistemi) ayrı-ayrı fərdlərin və ya qrup üzvlərinin insanların davranışına, fəaliyyətinə təsir göstərmək imkanı, müəyyən məqsədə çatması və maraqlarını reallaşdırmaq qabiliyyətidir. Hakimiyyət istənilən insan münasibətlərinin ayrılmaz hissəsidir. Cəmiyyətdə bir çox konfliktlər hakimiyyət uğrunda mübarizə üzündən baş verir, çünki fərdlərin və ya qrupların öz maraqlarını təcrübədə reallaşdırmaq imkanı hansı səlahiyyətə malik olmalarından asılıdır. Hakimiyyətin bir hissəsini qadınlara vermək üçün cəmiyyətdə səlahiyyətlərin yenidən bölünməsi, həmçinin, xarakterinin dəyişdirilməsi feminizmin əsas məqsədlərindən biridir. Qadınların bərabər hüquqlar əldə etmək uğrunda uzun mübarizəsi onların siyasi hakimiyyətə daxilolmaya nail olmasına aydın misaldır. Eyni zamanda, yalnız hakimiyyəti kişilərlə bölüşmək ideyası deyil, həm də onun dəyərini, ümumiyyətlə, şübhə altına almaq ideyası inkişaf edir. 1985-ci ildə Nayrobidə keçirilən Qadınların Vəziyyətinə dair III Ümümdünya Konfransından sonra qadın maraqlarının ön plana çəkilməsinin siyasi strategiya əlaməti kimi müxtəlif mənbələrdə qadın imkanlarının genişlənməsi və ya qadın nüfuzunun artması "empowerment" anlayışı kimi geniş vüsət tapdı. Bu dövrün konsepsiya müəllifləri hakimiyyəti sosial fəallığın geniş imkanları vəsait mənbələrinə nəzarət etmək hüququ, qərarlar qəbul etmək imkanı, bütün fəaliyyət sferalarında və səviyyələrində transformasiya potensialına sahib olmaq kimi müəyyənləşdirirlər.
İcra nümayəndəsi
İcra nümayəndəsi - Azərbaycan Respublikasında rayondan aşağı səviyyə yaşayış məntəqəlirndə icra hakimiyyətlərinin təmsilçisi. Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə təyin olunur.
Papa nümayəndəsi
Papa nümayəndəsi — Vatikanın diplomatını və ya xüsusi nümayəndəsini təmsil edən şəxs. Katolik Kilsəsi və Papa dövlət başçısı olaraq Vatikanın siyasi və dini rəhbəridir. Papa nümayəndələri, əsasən iki formada olur. Birincisi, Apostol nunsilər Vatikanın diplomatik nümayəndələridir və bir növ səfir funksiyasını yerinə yetirirlər. Onlar katolik Kilsəsinin lideri Papa tərəfindən göndərilir və adətən müəyyən bir ölkədə və ya beynəlxalq təşkilatda Papalıq təmsilçisi olurlar. İkincisi isə, Apostol delegatlar isə Papalıq tərəfindən təyin edilən, lakin dövlətə deyil, bir bölgənin Katolik kilsələrinə məsuliyyət daşıyan nümayəndələrdir. Diplomat statusunda olmurlar və daha çox kilsə məsələlərini tənzimləyirlər. Papa nümayəndələri Katolik Kilsəsinin maraqlarını qorumaq, əlaqələri inkişaf etdirmək və Vatikandan gələn təlimatları çatdırmaqla məsuliyyət daşıyırlar.
Hakimiyyət bölgüsü
Hakimiyyət bölgüsü, Hakimiyyətlərin bölünməsi və ya Hakimiyyətlərin bölgüsü — dövlət hakimiyyəti nin bir-birindən müstəqil (bəzi hallarda bir-birinə nəzarəti zəruridir) üç dövlət hakimiyyəti qoluna : qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətinə bolünməsini nəzərdə tutan siyasi-hüquqi nəzəriyyə. Nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib. Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir. Monteskye bu prinsipi "Qanunların ruhu" adlı əsərində irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə "İngilis Konstitusiyası" adlı əsərində "məhkəmə hakimiyyəti, qanunvericilik və icra hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir" şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui-istifadəsinın qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır. Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur. Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib. Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib.
Qanunverici hakimiyyət
Qanunverici hakimiyyəti — qanun sahəsində hakimiyyət. Hakimiyyət bölgüsü olan dövlətlərdə, hakimiyyətin bu tipi xüsusi olaraq qanun qəbulu ilə məşğul olur. Qanunverici orqan səlahiyyətlərinə hökumətin təsdiqi, qanunların qəbulu və ona dəyişikliklərin edilməsi, dövlət büdcəsini təsdiqi, beynəlxalq müqavilə və sazişlərin təsdiqi, müharibə elan edilməsi daxildir. Müxtəlif ölkələrdə müxtəlif adla adlansa da ümumi adı — parlamentdir. Qanunverici orqanlar xüsusi hüquqa malik olan və qanunları qəbul etmək səlahiyyətində olan dövlət hakimyyətinin ali orqanları. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları, 2009, 201 s.
Siyasi hakimiyyət
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
İcraedici hakimiyyət
İcraedici hakimiyyət — dövlət hakimiyyətinin üç müstəqil qolundan biri, dövlət qanunlarına tabedir. İcraedici hakimiyyət dövlət işinin idarə edilməsini həyata keçirən dövlət orqanları sistemidir.
Xarizmatik hakimiyyət
Xarizmatik hakimiyyət — alman sosioloqu Maks Veber tərəfindən işlənib hazırlanmış liderlik anlayışıdır. Bura hakimiyyətin liderinin xarizmasından qaynaqlandığı təşkilat növü və ya rəhbərlik növü daxildir. Xarizmatik hakimiyyət digər iki hakimiyyət növləri — qanuni hakimiyyət və ənənəvi hakimiyyətdən fərqlidir. Üç növün hər biri Maks Veberin hakimiyyətin üçtərəfli təsnifatının bir hissəsini təşkil edir. "Xarizma" — qədim yunan terminidir və I-ci əsrdə Müqəddəs Pavelin yeni yaranmaqda olan xristian icmalarına yazdığı məktublar vasitəsilə populyarlıq qazanmışdır. Bu kontekstdə o, ümumiyyətlə, Kilsənin ilk rəhbərləri daxilində Allahın səlahiyyətini nümayiş etdirən ilahi mənşəli “hədiyyə”yə istinad edirdi. Maks Veber bu teoloji anlayışı götürdü və ümumiləşdirdi, onu ardıcılların aid etdiyi bir şey kimi nəzərdən keçirdi və bununla da onu siyasi, hərbi, məşhur və qeyri-xristian dini kontekstlərə tətbiq edən sosioloqların istifadəsinə açdı. İstifadə olunan digər terminlər "xarizmatik hökmranlıq" və "xarizmatik liderlik"dir. Xarizmatik hakimiyyətdə əmrlər yerinə yetirilir, çünki liderin davamçıları və ya şagirdləri onun xüsusi xarakterinə əmindirlər. Xarizmatik hakimiyyət liderin malik olduğu qeyri-adi qabiliyyətlərinə əsaslanır.
Beşinci hakimiyyət (film)
"Beşinci hakimiyyət" — "WikiLeaks" saytının rəhbəri Culian Assanj haqqında 2013-cü ildə çəkilmiş film. Film dünya kino prokatına 2013-cü il sentyabrın 5-də verilmişdir. == Məzmun == Film Culian Assanjın gizli yazışmalarını öz saytında necə dərc etmək fikrinə gəldiyi və ABŞ hökumətinin buna necə reaksiya verməsindən bəhs edir. Filmin əsas epizodlarında Culian Assanjın tərəfdarı olan Daniyel Damşayt-Berqlə gizli materialları nə vaxt və necə dərc edilməsi barəsində mübahisələri yer almışdır. == Reaksiyalar == Filmdə Culian Assanjla bağlı bəzi gizli məqamların açıqlanması ajiotaja səbəb olmuşdur. Culian Assanjın özü isə filmin çəkilməsinə qarşı çıxmışdır. O, filmdə öz obrazının təkəbbürlü verildiyini bildirmişdir.
Beşinci hakimiyyət (film, 2013)
"Beşinci hakimiyyət" — "WikiLeaks" saytının rəhbəri Culian Assanj haqqında 2013-cü ildə çəkilmiş film. Film dünya kino prokatına 2013-cü il sentyabrın 5-də verilmişdir. == Məzmun == Film Culian Assanjın gizli yazışmalarını öz saytında necə dərc etmək fikrinə gəldiyi və ABŞ hökumətinin buna necə reaksiya verməsindən bəhs edir. Filmin əsas epizodlarında Culian Assanjın tərəfdarı olan Daniyel Damşayt-Berqlə gizli materialları nə vaxt və necə dərc edilməsi barəsində mübahisələri yer almışdır. == Reaksiyalar == Filmdə Culian Assanjla bağlı bəzi gizli məqamların açıqlanması ajiotaja səbəb olmuşdur. Culian Assanjın özü isə filmin çəkilməsinə qarşı çıxmışdır. O, filmdə öz obrazının təkəbbürlü verildiyini bildirmişdir.
İsrail Krallığı (birləşmiş hakimiyyət)
İsrail Krallığı Tanaxda yazılanlara görə, b.e.ə. təqribən 1050-ci ildən e.ə təxminən 930-cu ilə qədər Yaxın Şərqdə mövcud olmuş vahid teokratik monarxiya. Tanaxa görə, İsrail övladları birləşmiş krallığın dövründən əvvəl konfederasiya kimi yaşamış on iki qəbilə idi. Təxminən b.e.ə. 1025-ci ildə onlar xarici təhdidlər səbəbindən İsrail krallığını yaratmışlar. Dövrün rəhbərlərindən biri olan Samuel e.ə 1020-ci ildə Bünyamin qəbiləsindən olan Şaul ben Kişi krallığın başına gətirdi. Onun ardınca gələn Kral David (Davud kimi tanınır) dövründə (e.ə 1006) krallıq ən güclü dövrünü yaşayıb. Davud ölkənin ikinci padşahı oldu (Şauldan sonra gələn müvəqqəti kral İşboşet sayılmazsa) və Yerusəlimi paytaxtı elan etdi. Bundan əvvəl Şaulun dönəmində paytaxt Gibeah, İşboşetin dövründə isə paytaxt Mahanaim idi. Davudun krallığının ilk yeddi ilində Xevron (indiki Əl Xəlil) paytaxt idi.
İsrail padşahlığı (birləşmiş hakimiyyət)
İsrail Krallığı Tanaxda yazılanlara görə, b.e.ə. təqribən 1050-ci ildən e.ə təxminən 930-cu ilə qədər Yaxın Şərqdə mövcud olmuş vahid teokratik monarxiya. Tanaxa görə, İsrail övladları birləşmiş krallığın dövründən əvvəl konfederasiya kimi yaşamış on iki qəbilə idi. Təxminən b.e.ə. 1025-ci ildə onlar xarici təhdidlər səbəbindən İsrail krallığını yaratmışlar. Dövrün rəhbərlərindən biri olan Samuel e.ə 1020-ci ildə Bünyamin qəbiləsindən olan Şaul ben Kişi krallığın başına gətirdi. Onun ardınca gələn Kral David (Davud kimi tanınır) dövründə (e.ə 1006) krallıq ən güclü dövrünü yaşayıb. Davud ölkənin ikinci padşahı oldu (Şauldan sonra gələn müvəqqəti kral İşboşet sayılmazsa) və Yerusəlimi paytaxtı elan etdi. Bundan əvvəl Şaulun dönəmində paytaxt Gibeah, İşboşetin dövründə isə paytaxt Mahanaim idi. Davudun krallığının ilk yeddi ilində Xevron (indiki Əl Xəlil) paytaxt idi.
Burkina-Faso hakimiyyət çevrilişi (2014)
Burkina-Faso hakimiyyət çevrilişi (fr. Révolution de 2014 au Burkina Faso) - Burkina-Fasonun VI prezidenti Blez Kompaorenin hakimiyyətdən salınması ilə nəticələnən hərbi çevriliş. Hadisələr 2014-cü ilin oktyabr ayından etibarən başlamış və Blez Kompaorenin hakimiyyət müddətini uzatmaq üçün konstitusiyaya mövcud dəyişiklilər edəcəyini elan etdikdən sonra daha da şiddətlənmişdir. == Arxa Plan == Fransanın keçmiş müstəmləkəsi olan Burkina-Faso 1960-cı ildə Fransadan ayrılıb öz müstəqilliyini elan etdikdən sonra ilk prezidentini seçmişdir. Hakimiyyətə gələn Maures Yameogo ölkənin ilk prezidenti seçilir. Mauresin ardından hakimiyyətə qısa müddətli gələn prezidentlər ölkənin sosial-iqtisadi rifahının gücləndirilməsində ciddi iş görə bilmirlər. 1983-cü ilin 4 avqust tarixində Burkina-Fasonun V prezidenti kimi hakimiyyətə gələn Toma Sankara keçirdiyi islahatlarla əhalisinin 85% yaxının yoxsulluq şəraitində yaşayan ölkənin sosial rifahının yaxşılaşdırılmasına qisməndə olsa nail olur. Qeyr-adi davranışları və addımları ilə bütün dünyanın marağına səbəb olan V prezident 1987-ci ilin 15 oktyabr tarixində Blez Kompaoreyə tabe qüvvələr tərəfindən öldürülür. 37 yaşında paytaxt Uaqaduquda öldürülən Toma Sankaranın arından elə həmin gün Blez Kompaore özünü Burkina-Fasonun yeni VI prezidenti olduğunu elan edir. 1987-ci ildən etibarən hakimiyyətə gəlmiş Blez Kompaore 2005 və 2010-cu illərdə ölkədə keçirilən prezident seçkiləri zamanı mütləq səs çoxluğu ilə qalib gəlir.